Olimpiya mükafatçımız yenidən Azərbaycan çempionu oldu 

Olimpiya mükafatçımız yenidən Azərbaycan çempionu oldu 

Rio-2016 Yay Olimpiya Oyunlarının çempionu Elmar Qasımov yenidən Azərbaycan çempionu oldu. 
Olimpnews.az xəbər verir ki, "Atilla" klubunu təmsil edən idmançımız çempionatın ikinci günündə -100 kq çəki dərəcəsində finalda DİN İC-in üzvü Əjdər Bağırova qalib gəlib. 
Xatırladaq ki, E.Qasımov ötən il də ölkə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.