Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı

İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib. 

Olimpnews.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız beynəlxalq yarışı bir medalla başa vurub. -57 kq çəki dərəcəsində çıxış edən Vüsalə Hacıyeva gümüş medal qazanıb. 

Qeyd edək ki, yarışda ölkəmiz 6 cüdoçu ilə təmsil olunub.