Şahmatçımız dünya çempionuna uduzmadı

Şahmatçımız dünya çempionuna uduzmadı



Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərindəki İddiaçılar Turnirində 10-cu turun görüşünü keçirib. 29 yaşlı qrossmeysterimiz qara fiqurlarla hindistanlı dünya çempionu Vişvanatan Ananda rəqib olub.
Qarşılaşma 30-cu gedişdə heç-heçə ilə nəticələnib – 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 5-ə, lider Anand isə 6,5-ə çatdırıb. Hazırda turun Sergey Karyakin (Rusiya) – Dmitri Andreykin (Rusiya), Levon Aronyan (Ermənistan) – Veselin Topalov (Bolqarıstan) və Vladimir Kramnik (Rusiya) – Peter Svidler (Rusiya) görüşləri davam edir. Hazırda şahmatçımız Aronyanla birgə 2-3-cü yerləri bölüşdürür. Amma onun turu neçənci pillədə başa vuracağı digər görüşlərin nəticələrindən çox asılıdır.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 11-ci turda yenə qara fiqurlarla Andreykinlə üz-üzə gələcək.