Salah "Liverpul"dan gedəcək?

Salah "Liverpul"dan gedəcək?

"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah İngiltərəni tərk etmək istəyir. Baş məşqçi Arne Slotun işindən narazı qalan futbolçu Səudiyyə Ərəbistanı Premyer Liqasından təklif alıb.  "Caught Offside" saytının məlumatına görə, "Əl-Hilal" və "Əl-İttihad" 33 yaşlı misirli hücumçu üçün qış transfer pəncərəsində təklif göndərəcək. Transfer qiyməti 80-100 milyon avro arasında dəyişən Salahın "qırmızılar"la hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.