"İnter"in vitse-prezidenti məşəl estafetinə qoşulacaq

"İnter"in vitse-prezidenti məşəl estafetinə qoşulacaq

Xəbər verdiyimiz kimi Milano və Kortina-2026 Qış Olimpiya Oyunlarının İtaliya ərazisində məşəl estafeti başlayıb.

Olimpnews.az xəbər verir ki, "İnter"in vitse-prezidenti Xavyer Zanetti də Olimpiya məşəlinin Milana səyahətində iştirak etmək üçün dəvət alıb. Məlumat üçün bildirək ki, estafet İtaliyanın altmış müxtəlif böyük şəhərlərdən keçərək 63 gün davam edəcək. On iki min kilometrdən çox məsafədə Zanetti estafeti “Komo”nun ispaniyalı məşqçisi Sesk Fabreqas, futbolçu Alisiya Lemann ilə birlikdə qəbul edəcək.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il fevralın 6-dan 22-dək təşkil olunacaq.