"Sumqayıt" 3 xalı bir qolla qazandı

"Sumqayıt" 3 xalı bir qolla qazandı

Futbol üzrə Misli Premyer Liqasında XIV turun oyunları davam edir. 
Olimpnews.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçirilib. "Sumqayıt" klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edib. Oyun "Gənclik şəhəri" təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda vurulan yeganə qolun müəllifi 82-ci dəqiqədə fərqlənən Rüstəm Əhmədzadə olub. Qələbə sayəsində xallarının sayını 26-ya çatdırna "Sumqayıt" turnir cədvəlinin dördüncü, aktivində 15 xalı olan "İmişli" isə doqquzuncu pilləsində yer alıb.