Futbol üzrə İngiltərə Premier Liqasında yeni ildən diz sürüşdürmə ilə qol sevinci qadağan ediləcək.
Olimpnews.az xəbər verir ki, bu hərəkəti edən futbolçular sarı vərəqə ilə cəzasına məruz qalacaqlar. Yanvarın 1-dən etibarən qüvvəyə minəcək qərar məşhur qol sevinci hərəkətinin oyunçular üçün yaralanma riskini artırması səbəbindən qəbul edilib. Diz sürüşdürmə zamanı torpaq yanıqları və oynaq zədələri kimi problemlərin baş verə biləcəyi nəzərə alınıb.


