Sabah Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri turniri start götürəcək. 46 ölkədən 399 çüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvəsini sınayacaq.
3 gün davam edəcək yarışda yığmamız baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında 15 cüdoçu ilə təmsil olunacaq. Qran-pri yarışında komandamızın üzvləri 8 çəki dərəcəsində mübarizə aparacaqlar.