Ərəblər Salaha fanstastik təklif vəd ediblər

Ərəblər Salaha fanstastik təklif vəd ediblər

Səudiyyə Ərəbistanı klublarından biri "Liverpul"un misirli hücumçusu Məhəmməd Salaha həftədə 2,5 milyon funt sterlinq (illik 120 milyon funt sterlinq) məbləğində müqavilə təklif edib.

Olimpnews.az "Indykaila News" sosial media platformasına istinadən xəbər verir ki, "Liverpul"u tərk etmək istəyən Salah əsasən Avropa klublarından təklif gözləyir.
Xatırladaq ki, Salah "qırmızılar"ın baş məşqçisi Arne Slot ilə mübahisə edərək klubdan ayrılmaq qərarını verib.