"Topçular" hədəfi Riekaya yönəldiblər

"Topçular" hədəfi Riekaya yönəldiblər

London "Arsenal"ı Xorvatiyanın "Riyeka" klubunda çıxış edən yarımmüdafiəçisi Toni Frukla yaxında maraqlanır.

Olimpnews.az "TEAMtalk"ın məlumatına istinadən xəbər verir ki, "topçular" uzun müddətdir 24 yaşlı xorvatiyalı futbolçunu izləyirlər. "Arsenal"la yanaşı, "Kristal Pelas", Madrid "Atletiko"su və "Benfika" da Fruku heyətə cəlb etmək niyyətindədir.
Qeyd edək ki, o, 27 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt"a görə yarımmüdafiəçinin hazırkı bazar dəyəri 9 milyon avrodur.