Şəhriyar Məmmədyarovun rəqibləri kimdir?

Şəhriyar Məmmədyarovun rəqibləri kimdir?


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunmuş iddiaçılar turnirində növbəti oyununu keçirib. Həmyerlimiz 12-ci turda rusiyalı Sergey Karyakin ilə qarşılaşıb. Görüş 60-cı gedişdə "sülh”lə nəticələnib. Ermənistan şahmatçısı Levon Aronyanın rusiyalı Vladimir Kramnik, hindistanlı Vişvanatan Anandın Dmitri Andreykin ilə (Rusiya) görüşlərində də heç-heçə qeydə alınıb. Veselin Topalov (Bolqarıstan) isə Peter Svidlerə (Rusiya) qalib gəlib.
Beləliklə, 12 turdan sonra Anand 7,5 xalla liderliyini davam etdirir. Aronyan 6,5 xalla ikinci pillədə qərarlaşıb. Altı xala malik Məmmədyarov Karyakinlə birgə 3-4-cü, Svidler, Kramnik, Andreykin və Topalov isə hərəyə 5,5 xalla 5–8-ci yerləri bölüşdürürlər.
Şəhriyar Məmmədyarov 13-cü turda qara fiqurlarla Svidlerlə, 14-cü turda isə ağ fiqurlarla Kramniklə oynayacaq.
Qeyd edək ki, son iki tur martın 29-da və 30-da keçiriləcək.