Futbol üzrə İtaliya A Seriyasında 15-ci turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun ilk oyununda "Torino" klubu doğma meydanda "Kremoneze" klubunu qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Meydan sahiblərinin qələbə qolunu 27-ci dəqiqədə fərqlənən "Torino" klubunun futbolçusu Nikola Vlasik vurub. Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran meydan sahibləri 12-ci pillədə qərarlaşıb. "Kremoneze" klubu isə 20 xalla 9-cudur.


