Şahmat üzrə Azərbaycan çempionatı davam edir

Şahmat üzrə Azərbaycan çempionatı davam edir

Respublika Şahmat Mərkəzində start götürən 14-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatında VI turun oyunları başa çatıb.
VI turdan sonra 18 yaşlı oğlanlar arasında 4,5 xal toplayan Bakı şahmatçısı Nurlan Şabanov vahid liderdir. Quba şahmatçıları Çingiz Rzayev və Elvin Bayramov isə 3,5 xalla 2-3-cü yerləri bölüşdürürlər Eyni yaşlı qızlar arasında 100 faizlik nəticə göstərmiş Gəncə şahmatçısı Ülviyyə Fətəliyeva 6 xalla liderlik edir. Aytən Əmrayeva 4,5 xalla ikinci, Xatın Bağırova isə 3 xalla üçüncü yerdə qərarlaşıb.
Çempionatda 16 yaşlı oğlanlar arasında Bakı şahmatçısı İsmayıl Şahəliyev xal ehtiyatını 5,5-ə çatdıraraq liderliyini qoruyub. İlkin Rəhimli 4 xalla ikinci, Cəbrayıl Əsədov isə 3,5 xalla üçüncü yerdədir.
Həmin yaşda qızlar arasında Nərmin Məmmədova 6 oyundan 6 xal toplayaraq 100 faizlik nəticə göstərib. Onu aktivinə 5 xal yazan Aydan Höccətova izləyir. Məğrurə İmanlı (Bakı) isə 4,5 xal toplayaraq üçüncü yerdə qərarlaşıbr.
Yarışda 14 yaşlı oğlanların mübarizəsində üç hakimiyyətlilik hökm sürür. Belə ki, Vüqar Əsədli, Niyazi Nağdiyev və Andrey Mustafin hərəyə 4,5 xal toplayaraq 1-3-cü yerləri bölüşdürürlər.
Xanım Balacayeva (Bakı) 6 xalla 14 yaşlı qızlar arasında birinci yerdədir. Nərmin Kərimzadə (Bakı) 5 xalla ikinci, Nigar Mustafazadə 4 xalla üçüncü pillədə qərarlaşıblar.
Turnir dairəvi sistem üzrə keçirilir. Bütün yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya çempionatına, ikinci yerin sahibləri isə Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Çempionat aprelin 1-də başa çatacaq.