Futbol üzrə İtaliya A Seriyasında 15-ci turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, çempionluğa iddialı olan "İnter" klubu səfərdə "Cenoa" komandasının qonağı olub. Oyun "İnter" klubunun qələbəsi ilə yekunlaşıb -1:2. "Milan" klubunun xal itkisindən yararlanan "İnter" xallarının sayını 33-ə çatdıraraq liderliyə yüksəlib. "Cenoa" isə 14 xalla 16-cıdır.


