Bu gün futbol üzrə Misli Premyer Liqasında XV turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə azarkeşlər daha iki qarşılaşma izləyəcəklər.
Günün ilk oyunu “İmişli” və “Karvan-Yevlax” komandaları üz-üzə gələcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək oyunun start fiti saat 14:00-da səslənəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Tura “Neftçi” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq. “Ağ-qaralar” yeni baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında ilk oyununa “Palms Sports Arena”da çıxacaq. Saat 19:00-da başlayacaq oyunu Rauf Cabarov idarə edəcək.
Misli Premyer Liqası: XV tura iki oyunla yekun vurulacaq


