“Pool” bilyard idman növü üzrə ölkə çempionatına yekun vuruldu

“Pool” bilyard idman növü üzrə ölkə çempionatına yekun vuruldu

Dekabrın 13-15-də kişilər və qadınlar arasında ölkə çempionatı uğurla keçirilib. 
Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, çempionat çərçivəsində kişilər arasında Pool-10, qadınlar arasında isə Pool-8 növü üzrə qarşılaşmalar təşkil olunub. Kişilər arasında (Pool-10) birinci yerə Orxan Qubatov layiq görülüb. Murad Fəttayev ikinci, Orxan Rzayev və Ruslan Əmiraslanov isə üçüncü yeri tutub. 
Qadınlar arasında (Pool-8) isə Mina Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbinə Bayramova ikinci, Südabəxanım İsmayilova və Zəminə Yolçuzadə isə üçüncü olub. Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.