Astarada futzal turniri keçirilib

Astarada futzal turniri keçirilib

Astara Olimpiya İdman Kompleksində “10 Dekabr Ümumdünya Futbol Günü”  münasibətilə futzal üzrə Astara rayon turniri keçirilib.

Olimpnews.az xəbər verir ki, 6 ümumtəhsil məktəblərinin şagirdlərdən ibarət komandalar arasında keçirlən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin dəstəyi ilə baş tutub. Olimpiya sistemi  əsasında  qələbə uğrunda mübarizə aparan komandaların yarışına 2 saylı tam orta ümumtəhsil məktəbin komandası birinci yerə layiq görülüb. Astara şəhər Ceyhun Babayev adına liseyin komandası ikinci, Çay oba kənd tam orta ümumtəhsil məktəbinin komandası isə üçüncü yeri tutub. 
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.