Məlumdur ki, Surinam milli komandası futbol üzrə dünya çempionatına çıxmaq şansını hələ də qoruyur.
Olimpnews.az xəbər verir ki, Cənubi Amerika təmsilçiləri bu imkandan məhrum oluna bilərlər. Səbəb yerli futbol federasiyasının fəaliyyətində ciddi problemləri aşkar edən FİFA-nın sanksiyalarıdır. Xüsusilə, federasiya prezidentinin seçkiləri zamanı qanun pozuntularına dair əsaslı şübhələr yaranıb. Ona görə də Surinam komandasının vəziyyəti həll etmək üçün mart ayına qədər vaxtı var. Əks halda onlar bu mübarizədən kənarda qala bilərlər.
Məlumat üçün bildirək ki, Surinam pley-offa vəsiqə qazanarsa, əvvəlcə Meksikada Boliviya, daha sonra İraqla qarşılaşacaq.
Cənubi Amerika təmsilçisi mündialdan kənarda qala bilər


