Misli Premyer Liqası: "Sabah" vahid lider oldu

Misli Premyer Liqası: "Sabah" vahid lider oldu

Futbol üzrə Misli Premyer Liqasının 1-ci turundan təxirə salınmış "Sabah" - "Qarabağ" oyununa yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən oyun "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 9-cu dəqiqədə Leandro Andrade açıb. Lakin matçın ikinci hissəsində meydan sahibləri geridönüş etməyi bacarıb. Əvvəlcə 52-ci dəqiqədə Coy Lens Mikels, 88-ci dəqiqədə isə Aron Maluda fərqlənərək qələbə topunun müəllifi olub. Bununla da "Sabah" xallarının sayını 34-ə çatdlraraq turnir cədvəlinin vahid lideri olub. Bir xal geri qalan "Qarabağ" isə 33 xalla ikincidir.