Martın 30-da Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə yekun vurulub. Yarışda 7 xal (3 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət) əldə edən qrossmeysterimiz Şəhriyar Məmmədyarov rusiyalı şahmatçılar Vladimir Kramnik və Dmitri Andreykinlə 3-5-ci yerləri bölüşüb.
Hindistanlı Vişvanatan Anand isə yarışın qalibi olaraq hazırkı dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparmaq hüququ əldə edib. Rusiyalı qrossmeyster Sergey Karyakin 7,5 xalla gümüş medala sahib olub.
Aktivlərində 6,5 xal olan Levon Aronyan və Pyotr Svidler 6-7-ci yerləri bölüşüblər.
Bolqarıstanlı keçmiş dünya çempionu Veselin Topalov cəmi 6 xal toplayaraq, turniri autsayder kimi başa vurub.