Madrid "Real"ının azarkeşləri klub rəhbərliyindən braziliyalı hücumçu Vinisius Juniorun satılmasını tələb edirlər.
Olimpnews.az "Marca" qəzetinin məlumatına istinadən xəbər verir ki, sorğuya əsasən azarkeşlərinin 86 faizi qalmaqallı hücumçunun komandada olmasını istəmirlər.
Qeyd edək ki, braziliyalı futbolçunun "Real"la hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Hücumçunun bazar dəyəri 150 milyon avrodur.
"Real"ın azarkeşləri rəhbərliyə tələb göndəriblər


