Alveş Portuqaliyada klub sahibi ola bilər

Alveş Portuqaliyada klub sahibi ola bilər

"Barselona" və PSJ-nin keçmiş müdafiəçisi Dani Alveş Portuqaliyanın üçüncü divizionunda yer alan "Sao Joao de Ver" klubunu almaq üçün danışıqlara başlayıb. 42 yaşlı braziliyalı oyunçu karyerasını bərpa etməyi və altı ay ərzində meydana qayıtmağı planlaşdırır. Alveş həmçinin klubda idman və inzibati məsuliyyətləri öz üzərinə götürməyi düşünür.
Xatırladaq ki, mart ayında Alveş 14 ay həbsdən sonra azadlığa buraxılıb.