Tətildən artıq çəki ilə qayıdan futbolçu iştirak ərizəsinə salınmayacaq

Tətildən artıq çəki ilə qayıdan futbolçu iştirak ərizəsinə salınmayacaq

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola artıq çəkisi olan futbolçuları günlük tətildən sonra "Nottingem Forest"ə qarşı İngiltərə Premyer Liqasının (EPL) 18-ci tur matçı üçün iştirak ərizəsinə salmayacaq. "Üç günlük tətildən qayıdan kimi onların necə davrandıqlarını görmək istəyirəm. İstədikləri kimi davrana bilərlər, amma onları izləmək istəyirəm. İndi mükəmməl formada olan futbolçu qayıdanda ən azı üç kiloqram artıq çəki ilə qayıdacaq. Həmin oyunçunu Mançesterdə saxlayacağam", - Quardiola BBC jurnalistlərinə verdiyi müsahibədə vurğulayıb.Məlumat üçün bildirək ki, "şəhərlilər" 17 oyundan sonra 37 xalla Premyer Liqada ikinci pillədə qərarlışıblar. Komandanın "Nottingem Forest"lə oyunu dekabrın 27-də keçiriləcək.