"Əsas məsələ klubun və azarkeşlərin etimadını doğrultmaqdır"

"Əsas məsələ klubun və azarkeşlərin etimadını doğrultmaqdır"

Madrid "Real"ının hücumçusu Rodriqo klubun və azarkeşlərin etimadını bir daha doğrultmağa hazırdır.
"İndi əsas məsələ klubun və azarkeşlərin etimadını doğrultmaqdır. Artıq hərəkətə keçməyin vaxtı gəlib", - ESPN hücumçunun sözlərini sitat gətirib.
Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm "Real" üçün  20 oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.
Onun klubla hazırki müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 60 milyon avrodur.