Daha bir futbolçu "Mançester Yunayted"i tərk etmək istəyir

Daha bir futbolçu "Mançester Yunayted"i tərk etmək istəyir

"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee karyerasını "Roma"da davam etdirə bilər. Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisi
 oyunçunu yayda 30 milyon avroya almaq hüququ ilə birlikdə 5 milyon avroya icarəyə götürmək istəyir.
Zirkzeenin İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.