"Liverpul" İsakı əvəz edəcək futbolçunu tapıb

"Liverpul" İsakı əvəz edəcək futbolçunu tapıb

"Liverpul"un hücumçusu Aleksandr İsak zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Olimpnews.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, "qırmızılar" "Bornmut"un hücumçusu Antuan Semenyonu qış transfer pəncərəsi zamanı İsakla sığortlamaq niyyətindədirlər.
Qeyd edək ki, Antuan bu mövsüm 17 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun "Bornmut"la hazırkı müqaviləsi 2030-cu ilin yayında başa çatır.