İtaliya Superkuboku yerini dəyişir

İtaliya Superkuboku yerini dəyişir

Növbəti mövsümdə İtaliya Superkuboku uğrunda qalib komanda ABŞ-da müəyyənləşə bilər.
Olimpnews.az "La Repubblica"nın məlumatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiya Kuboku ilə bağlı sıx qrafikinə görə turnirə ev sahibliyi etməkdən imtina edib. Kubokun Florida və digər cənub ştatlarından əlavə, Avropa ölkələrində keçirilməsi İtaliyada nəzərdən keçirilir.
Qeyd edək ki, dekabrın 22-də keçirilən final görüşündə "Napoli" "Boloniya"nı 2:0 hesabı ilə məğlub edib.