Milan "İnter"i Xorvatiyanın "Hajduk Split" klubunda çıxış edən 18 yaşlı yarımmüdafiəçi Branimir Mlaçiçlə danışıqlar aparır.
Olimpnews.az "Gazzetta dello Sport"un məlumatına istinadən xəbər verir ki, Mlaçiçlə "Barselona", "Real Madrid", "Nyukasl" və "Borussiya Dortmund" da yaxından maraqlanır. "Hajduk Split"lə müqaviləsi 2029-cu ilin yayına qədər davam edən gənc futbolçunun bazar dəyəri dörd milyon avrodur.


