"Milan" liderliyi ələ keçirdi 

"Milan" liderliyi ələ keçirdi 

Futbol üzrə İtaliya A Seriyasında 17-ci turun daha bir oyunu keçirilib. 
Olimpnews.az xəbər verir ki, "Milan" klubu doğma azarkeşlər önündə "Hellas Verona" klubu ilə qarşılaşıb. Nkunku dubl etdiyi oyun "rossonerilər"in böyükhesablı qələbəsi ilə başa çatıb -3:0. Matçda hesabı 45+1-ci dəqiqədə Kristian Pulişiç açıb. 48 və 53-cü dəqiqələrdə isə Kristofer Nkunku matçda yekun hesabı müəyyənləşdirib. "Milan" qələbə sayəsində xallarının sayını 35-ə çatdıraraq liderliyi ələ keçirib. "Hellas Verona" isə 12 xalla 18-cidir.