Klemen Türpen ilin ən yaxşı hakimi seçildi 

Klemen Türpen ilin ən yaxşı hakimi seçildi 

2025-ci ilin ən yaxşı futbol hakimi müəyyənləşib. 
Olimpnews.az xəbər verir ki,  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən keçirilən sorğuda fransalı ədalət təmsilçisi Klemen Türpen 65 xalla ilin ən yaxşı hakimi seçilib. Siyahının ikinci pilləsində də fransalı hakim yer alıb. François Letexier 55 xalla ikinci olub. Polşalı Şimon Marçiniak isə üçüncü yeri tutub.