PSJ futbolçuları mükafat saxlamadılar

PSJ futbolçuları mükafat saxlamadılar

"Globe Soccer Awards" mükafatlandırma mərasimində PSJ-nin hücumçusu Dezire Doue 2025-ci ilin ən yaxşı gənc oyunçusu seçilib. Namizədlər siyahısında o, Pau Kubarsi (“Barselona”), Joao Neves (PSJ), Arda Güler (“Real Madrid”) və Kenan Yıldızı (“Yuventus”) qabaqlayıb.
Qeyd edək ki, ötən ildən etibarən Paris klubunda çıxış edən Due Fransa çempionluğunu, Fransa Kubokunu və Fransa Super Kubokunu, eləcə də UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.