Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) öz rəsmi saytında ilin ən yaxşılarının yer aldığı komandanı təqdim edib.
Federasiya bundan əvvəl “ilin ən yaxşı klub və milli komanda məşqçiləri”ni seçmişdi. Siyahıda Luis Enrike (PSJ) və Luis de la Fuente (İspaniya) bütün həmkarlarını qabaqlamışdı.
2025-ci ilin dünya yığması (IFFHS):
Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”).
Müdafiəçilər: Nuno Mendeş (PSJ), Vilyam Paço (PSJ), Əşrəf Hakimi (PSJ).
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Pedri (“Barselona”), Lamin Yamal (“Barselona”).
Hücumçular: Kilian Mbappe (“Real Madrid”), Erlinq Haaland (“Mançester Siti”), Harri Keyn (“Bayern Münhen”), Usman Dembele (PSJ).


