Afrika Millətlər Kubokunda daha dörd oyun keçirilib

Afrika Millətlər Kubokunda daha dörd oyun keçirilib

Mərakeşdə təşkil olunan futbol üzrə Afrika Millətlər Kubokunda ikinci turun oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, F qrupunda Qabon millisi Mozambiklə qarşılaşıb. Oyun Mozambikin qələbəsi ilə yekunlaşıb -2:3. Bu qrupun digər oyununda Fildişi Sahili Kameruna qarşılaşıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib.

E qrupunda isə Sudan millisi Ekvator Qvineya komandası ilə qarşılaşıb. Oyun birincilərin minimal hesablı (1:0) qələbəsi ilə yadda qalıb. Bu qrupun digər oyununda Əlcəzair millisi Burkina Faso ilə üz-üzə gəlib. Əlcəzair millisi rəqibini minimal hesabla məğlub edib -1:0.