Uruqvaylı futbolçu Edinson Kavani peşəkar karyerasını başa vurub.
Olimpnews.az xəbər verir ki, hücumçuların hücumçusu 38 yaşında futbolla vidalaşıb. O, son olaraq Argentinanın "Boka Xuniors" klubunda forma geyinib.
Qeyd edək ki, Kavani karyerası ərzidə Uruqvayın "Danubio" (2005-2007), İtaliyanın "Palermo" (2007-2010), "Napoli" (2010-2013), Fransanın PSJ (2013-2020), İngiltərənin "Mançester Yunayted" (2020-2022), İspaniyanın "Valensiya" (2022-2023) və Argentinanın Boka Xuniors" (2023-2025) klublarında çıxış edib.
Kavani karyerası ərzində 745 oyunda iştirak edib. O, həmin matçlarda 404 qol və 79 məhsuldar ötürmə müəllifi olub.


