Beynəlxalq dağ xizəyi turnirində ilk mükafatçılar müəyyənləşib

Beynəlxalq dağ xizəyi turnirində ilk mükafatçılar müəyyənləşib

Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirində ilk mükafatçılar müəyyənləşib.

Turnirin ilk günündə idmançılar slalom növündə mübarizə aparıblar.

Nino Tiklauri (Gürcüstan) 1-ci, Nikita Anner (İsveç) 2-ci, Kseniya Brejnaya (Özbəkistan) 3-cü olub.

Qeyd edək ki, turnirə yanvarın 10-da yekun vurulacaq. Növbəti günlərdə idmançılar slalom və qiqant slalom növlərində yarışacaqlar.