Katalonlar yeni müqavilə barədə razılıq əldə etdi

Katalonlar yeni müqavilə barədə razılıq əldə etdi

"Barselona" klubu gənc futbolçu Fermin Lopezlə müqavilə müddətinin uzadılmasına dair şərtlərdə razılıq əldə edib. 

Olimpnews.az xəbər verir ki, razılığa əsasən yeni müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub. 

Yeni müqaviləyə əsasən futbolçunun maaşı artırılacaq, həmçinin sərbəstqalma bəndi də yüksəldiləcək.

Əmək haqqının 50 faiz artırılmasını və sərbəst qalma bəndinin ikiqat artırılmasını nəzərdə tutur. Rəsmi açıqlamanın Kopenhagenlə oyundan sonra veriləcəyi gözlənilir.