Azərbaycanı fevralın 7–8-də Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində təmsil edəcək cüdoçular bəlli olub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 idmançımız mübarizə aparacaq.
Turnirdə Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) çıxış edəcəklər.
Qeyd edək ki, “Böyük Dəbilqə”də 82 ölkədən 526 cüdoçu qüvvəsini sınayacaq.


