Azərbaycan birinciliyində fərdi yarışlar başa çatdı

Azərbaycan birinciliyində fərdi yarışlar başa çatdı

Abşeron Olimpiya İdman Kompleksində keçirilən 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara bu gün yekun vurulub.

Olimpnews.az xəbər verir ki, yarışların son 6 çəki dərəcəsində 129 idmançı qüvvəsini sınayıb. Qızların mübarizəsində Ayla Məmmədli (-44 kq, AHİTA), Arzu İmanzadə (-57 kq, RKİM) və Əsnad İlyasova (+70 kq, Lokomotiv İK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların mübarizəsində isə Məhəmməd Səfərov (-46 kq, Bakı şəhəri 10 nömrəli UGİM PHŞ), Kənan İsmayılov (-60 kq, Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM) və Baxış Əhmədov (+73 kq, Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) qızıl medallara layoq görülüb. 

Fərdi yarışların yekunlarına əsasən 13 nömrəli İOEUGİM 3 qızıl, 6 gümüş, 3 bürünc medalla birinci yerə layiq görülüb. RKİM 3 qızıl, 1 gümüş, 1 bürünc medalla ikinci, Şuşa UGİM isə 2 qızıl, 1 gümüş, 1 bürünc medalla üçüncü yeri tutub.  

Qeyd edək ki, Azərbaycan birinciliyinə sabah komanda yarışları ilə yekun vurulacaq.