Cüdoçular arasında kata üzrə ölkə çempionatı və birinciliyi keçirilib 

Cüdoçular arasında kata üzrə ölkə çempionatı və birinciliyi keçirilib 

Dekabrın 28-də Abşeron Olimpiya İdman Kompleksində cüdoçular arasında kata üzrə ölkə çempionatı və birinciliyi keçirilib.

Olimpnews.az xəbər verir ki, turnir böyüklər, gənclər və yeniyetmələr arasında təşkil olunub. Beynəlxalq Cüdo Federasiyasının kata qaydalarına və hakimlik standartlarına uyğun olaraq keçirilən yarışda yemiyetmələr arasında Sadiq Abdullayev (Tori), Rəcəb Əkbərov (Uke) birinci yerə layiq görülüb. Gənclər arasında yarışda Famil Əsədov (Tori), Yusif Əhmədov (Uke) birinci olub. Böyüklərin mübarizəsində isə Çingiz Əhmədov (Tori), Seymur Məcidli (Uke) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.