Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
Olimpnews.az xəbər verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan 11-ci sırada keçəcək. Üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyir. 
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğruda yarışacaq.
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO