"Barselona" İspaniya Kubokunun yarımfinalında

"Barselona" İspaniya Kubokunun yarımfinalında

"Barselona" klubu İspaniya Kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb. 

Olimpnews.az xəbər verir ki, "Kataloniya" təmsilçisi "Albasete" klubunu 2:1 hesabı ilə məğlub edərək bu hüquqa yiyələnib. 

Hans-Diter Flikin komandasının heyətində Lamin Yamal (39), Ronald Arauxo (56) vurub. "Albasete"nin heyətində isə yeganə qolu 87-ci dəqiqədə Moreno vurub.