FIDE mart ayının
nəticələrinə görə, şahmatçıların rəsmi reytinq cədvəlini açıqlayıb.
Xantı-Mansiysk şəhərində namizədlər turnirində uğurla çıxış edən Şəhriyar
Məmmədyarov 13-cü yerdən 10-cu yerə yüksəlib. İndi onun aktivində 2760 xal
var. Bu isə fevral ayındakından 3 xal çoxdur.
Xatırladaq ki, şahmatçımız Xantı-Mansiyskda 4-cü yeri tutub. 3-cü yerə sahib
olan Vladimir Kramnik şahmatçımızdan yalnız əlavə göstəricilərə görə fərqlənib.
İlk 100-lüyə 3 şahmatçımız - Teymur Rəcəbov (2713 xal 33-cü), Rauf Məmmədov
(2660 xal, 85-ci), Eltac Səfərli (2656 xal 91-ci) daxildir.
Liderlər 3-lüyünə Maqnus Karlsen (Norveç, 2881), Levon Aroyan (Ermənistan,
2812) və Vuşvanatan Anand (Hindistan, 2785) daxildir.
Komanda reytinqinə görə isə Azərbaycan 2626 xalla 12-ci yeri tutur.