Şəhriyar Məmmədyarov: “Onu məğlub etsəydim, turnirin qalibi ola bilərdim”

Şəhriyar Məmmədyarov: “Onu məğlub etsəydim, turnirin qalibi ola bilərdim”

Xantı-Mansiyskdə başa çatan iddiaçıların turnirinin iştirakçısı olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov öz oyunu barədə təəssüratlarını bölüşüb.
Şəhriyar Məmmədyarov jurnalistlərə müsahibəsində bunları deyib: "Turnirdə göstərdiyim nəticə məni məyus etdi. Hiss edirdim ki, yüz faiz hazıram, lakin sən demə, 50 faizdən çox hazır deyiləm. İlk partiyalar uğursuz alındı. Sonra vəziyyəti düzəldə bildim, lakin Rusiya şahmatçısı Vladimir Kramnik ilə birinci oyunda yola verdiyim səhv bütün turnir planlarımı alt-üst etdi. Mənə belə gəlir ki, həmin görüş mənim üçün əsas görüş idi. Onu məğlub etsəydim, turnirin qalibi ola bilərdim”.
Xatırladaq ki, turnirin qalibi Hindistan şahmatçısı Vişvanatan Anand olub. Şəhriyar Məmmədyarov isə Rusiya təmsilçiləri Vladimir Kramnik və Dmitri Andreykin ilə 3-5-ci yerləri bölüşüb.