Stolüstü tennisçilərimiz Berlin turnirində 2 medal qazanıblar

Stolüstü tennisçilərimiz Berlin turnirində 2 medal qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Onur Quluzadə və Ələkbər Mirzəliyev Almaniyanın paytaxtı Berlində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oğlanlardan ibarət millinin baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışda iştirak edən 3 idmançıdan ikisi mükafata sahib çıxıb.

O.Quluzadə U-15, Ə.Mirzəliyev isə U-11 yaş kateqoriyasında üçüncü yeri tutub.

Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət heyət Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaqlar.

Stolüstü tennisçilərimiz Berlin turnirində 2 medal qazanıblar