Yunanıstanda gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib. Yarışda ölkəmizi təmsil edən milli komandamız 5 medal qazanıb.
90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər idmançılarımızdan Rüfət İsmayılov (81 kq), Nəzakət Xəlilli (57 kq) gümüş, Sadıx Məhərrəmov (55 kq) və Davud Məmmədov (60 kq) bürünc medala layiq görülüblər. Millimiz bu nəticə ilə ümumi komanda hesabında dördüncü pillədə qərarlaşıb.