“Shamkir Chess-2014” beynəlxalq turnirinə maraq artmaqdadır

“Shamkir Chess-2014” beynəlxalq turnirinə maraq artmaqdadır


Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess-2014” beynəlxalq turnirinin rəsmi saytı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Azərbaycanda ilk dəfə mötəbər yarışın "A” turnirində keçiriləcək bütün partiyalar rəsmi sayt vasitəsilə canlı yayımlanacaq. Şahmat partiyaları Azərbaycan, rus və ingilis dillərində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq.
Azərbaycan dilində partiyaları, vaxtilə Vüqar Həşimovun məşqçisi olmuş FİDE məşqçisi, Azərbaycanın Əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə yığmanın məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcəklər.
Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess -2014” Beynəlxalq turnirində partiyaları şərh etmək üçün məşhur şahmatçı, Veyk-An-Zee turnirinin ikiqat qalibi, olimpiada və Avropa çempionatının iştirakçısı, FİDE-nin Əməkdar Məşqçisi Gennadi Sosonkoy ilə da razılıq əldə olunub. Onunla yanaşı, partiyaların şərhində Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel Yordakesku (hər ikisi ingilis dilində), eləcə də dünyanyn məşhur şərhçilərindən olan rusiyalı beynəlxalq qrossmeyster Sergey Şipov (rus dilində) da iştirak edəcəklər.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru” olan "Synergy Group”un təşkil etdiyi mötəbər yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.