Malayziyada velosiped idmanı üzrə səkkizinci Tour de Langkavi (2.HC) yarışı davam edir.Turnirdə Azərbaycanın "Synergy Baku” kollektivi daxil olmaqla 22 komanda qalib adı uğrunda mübarizə aparır. Komandamızın üzvü Deyn Gen Ebsen Hayland şəhərində keçirilmiş mərhələ yarışında 9-cu yeri tutub. Turnirdə "Nippo-De Roza” komandasından olan Gulian Arredondo birinci olub.
Xatırladaq ki, keçən il Tour de Langkavi (2.HC) yarışında Cənubi amerikalı idmançılar qalib gəlmişdilər. Bu dəfə də kollumbiyalı idmançı Jose Serpa (2009-cu, 2012-ci illərin qalibi) və venesuelalı Jose Rujano (2010-cu ilin qalibi), həmçinin İtaliyanın "Vini-Fantini” komandasının kapitanı Monsalveni yarışın favoriti hesab olunurlar.