“Dubay Open”də hələ ki yarım xal

“Dubay Open”də hələ ki yarım xal



Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərində XVI "Dubay Open” beynəlxalq şahmat turniri keçirilir. Turnirdə 39 ölkədən 148 oyunçu iştirak etsə də, onların yalnız 87-si FİDE-nin adlarını daşıyır.
İki turdan sonra turnirdə hərəyə 2 xal toplayan 27 oyunçu liderlik edir. Azərbaycanın nümayəndələri, FİDE ustaları Nərmin Xələfova və Həsən Quliyev hərəyə yarım xal toplayıblar.
Üçüncü turda Nərmin Xələfovanın rəqibi İran şahmatçısı Borna Derakşani olacaq, Həsən Quliyev isə Hindistan nümayəndəsi Mariya Furtado İvano ilə görüşəcək.
Turnir İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.