Liderlərin sayı artır

Liderlərin sayı artır

Respublika Şahmat Mərkəzində uşaqlar arasında X beynəlxalq turnir keçirilir. Turnirdə Azərbaycan, Gürcüstan və Fransanı təmsil edən 44 şahmatçı iştirak edir.
İki turdan sonra hərəyə iki xal toplamış doqquz şahmatçı liderlik edir. Daha üç iştirakçının hər biri liderlərdən yarım xal geri qalır.
İsveçrə sistemi üzrə keçirilən yeddi turdan ibarət yarış aprelin 12-dək davam edəcək.
Mükafatalayiq yerləri tutan iştirakçılara medallar, diplomlar və qiymətli hədiyyələr təqdim ediləcək.