Gəncə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında idmanın cüdo növü üzrə açıq şəhər birinciliyi keçirilib. Yarışlarda Füzuli, Bərdə, Yevlax, Şəmkir və Tovuz rayonlarından, eləcə də Gəncədən ümumilikdə 8 komandanın tərkibində 150-yə yaxın yeniyetmə cüdoçu 12 çəki dərəcəsində mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Təhsil İdman Mərkəzinin Gəncə filialının komandası birinci yerə çıxaraq diplom və medallara layiq görülüb.